Объявления сайта

Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

System Administratordən -
Number of replies: 0

Peşə təhsili üzə dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

 

Geyim üzrə dizayner, dərzi, tikiş maşınlarının operatoru və tikişçi, turizm təşkilatçısı, turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis və mehmanxana inzibatçısı ixtisasları üzrə, ümumilikdə  31 modul dərs vəsaiti www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və  xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İctimai müzakirəyə çıxarılmış dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi  elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir. 

 

Qeyd edək ki, peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanılıb. Növbəti tədris ilində də dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklərin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur.