Объявления сайта

Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

System Administratordən -

Peşə təhsili üzə dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

 

Geyim üzrə dizayner, dərzi, tikiş maşınlarının operatoru və tikişçi, turizm təşkilatçısı, turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis və mehmanxana inzibatçısı ixtisasları üzrə, ümumilikdə  31 modul dərs vəsaiti www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və  xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İctimai müzakirəyə çıxarılmış dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi  elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir. 

 

Qeyd edək ki, peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanılıb. Növbəti tədris ilində də dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklərin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur.


“Virtual bələdçi” vasitəsilə I sinfə qəbulla bağlı suallarınız cavablandırılacaq

System Administratordən -

Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib. Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallarınıza cavab tapa bilərsiniz. 

 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.


I sinfə qəbulla bağlı “Whatsapp” hesabı yaradılıb

System Administratordən -

descr1

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı yaradılıb. Vətəndaşlar həmin “Whatsapp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.

 

Keçid: https://api.whatsapp.com/send/?phone=994512067848

“Whatsapp” nömrə: (+994) 51 206 78 48